"Real"ın sabiq baş məşqçisi Karlo Ançelotti adı Madrid klubu ilə hallanan Joze Mourinyo ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis həmkarı haqqında bunları deyib:
"Mourinyo "Real"a qayıtsa, çox xoşbəxt olacağam. O, klubda möhtəşəm işlər görə bilər. Əvvəl də bunu edib və yenidən komandanı zirvəyə aparmaq gücündədir".
Mourinyonun "Real"la anlaşdığı iddia edilir. Mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə "kral klubu"nda çalışıb.