PSJ yayda komandanı tərk edəcəyi gözlənilən Li Kanq Jinin yerinə potensial oyunçu axtarmağa başlayıb. Sport24.az xəbər verir ki, Fransa nəhəngi ÇSKA(Moskva) klubunun yarımmüdafiəçisi Matvey Kislyakla maraqlanır.

 

PSJ-nin idman məsləhətçisi Luis Kamposun Kislyakı izlədiyi və kluba məsləhət gördüyü bildirilir. 

 

20 yaşlı rusiyalı futbolçunun ÇSKA ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, bu klubun yetirməsidir.