Futbol üzrə Azərbaycan Kubokunun qalibi olan "Sabah" komandası mükafatlandırılıb. Sport24.az xəbər verir ki, medalları AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.
Əvvəlcə ölkə kubokunun finalçısı "Zirə"yə gümüş medallar verilib. Sonra qalib "Sabah"ın üzvlərinə medal və kubok təqdim olunub.