"Borussiya Dortmund"un hücumçusu Seru Qirassi Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə cavab oyununda het-trik etməklə tarixə düşüb. Sport24.az "OptaFranz"a istinadən xəbər verir ki, qvineyalı turniri tarixində bir mövsümdə 13 qol vuran ilk afrikalı olub.
Ondan əvvəl heç bir afrikalı futbolçu bu qədər fərqlənməmişdi. "Qara qitə"nin turnirdə ən sərrast futbolçusu isə Məhəmməd Salahdır.
Qeyd edək ki, Qirassi 2024-cü ilin iyul ayından "Borussiya"da çıxış edir. Bu mövsüm hücumçu bütün turnirlərdə 40 oyun keçirib, 28 qol vurub və 9 məhsuldar ötürmə edib.