"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" qanalı futbolçu transfer edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi Nana Kvame Boakye ilə müqavilə imzalayıb.

 

Qananın U-20 millisinin üzvü bu gün baş tutacaq "Zirə" ilə oyunda debüt edə bilər. Futbolçu indiyədək karyerasını vətənində yeniyetmə və gənclərdən ibarət komandalarda keçirib. Bu, onun ilk peşəkar müqaviləsidir.

 

Qeyd edək ki, bu gün baş tutacaq "Şerif" - "Zirə" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.