Serbiya millisinin sabiq futbolçusu Deyan Milovanoviç dünyasını dəyişib. Sport24.az "L'Équipe" istinadən xəbər verir ki, 41 yaşlı oyunçu "Srvena Zvezda"nın veteranlarının oyunu zamanı infarkt keçirib.

 

Mənbənin sözlərinə görə, Milovanoviç "ikiqat infarkt" keçirib. O, qol vurulandan bir neçə dəqiqə sonra huşunu itirib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası çox çalışsa da, onu ​​həyata qaytara bilməyib.

 

Qeyd edək ki, Milovanoviç futbolçu karyerası ərzində "Srvena Zvezda" və "Vojdovac", Fransanın "Lans" və Yunanıstanın "Panionios" klublarında çıxış edib. Serbiya millisində iki oyun keçirib. Deyan 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu seçilib.