"Sabah"dan ayrılan Con İrazabal Malayziyaya üz tutub. Sport24.az xəbər verir ki, 28 yaşlı stopper yerli "Yohor Darul Ta'zim" klubu ilə ortaq məxrəcə gəlib.
İspan yeni klubu ilə iki illik müqavilə qol çəkib.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda İrazabalın Malayziya millisinə cəlb olunacağı ilə bağlı xəbərlər yayılmışdı.