Braziliya millisinin və "Barselona"nın keçmiş hücumçusu Ronaldinyo həbsxana çempionu olmasından və mükafat olaraq donuz almasını yada salıb. Sport24.az xəbər verir ki, braziliyalı əfsanə bu barədə Netflix-in "Yeganə və bənzəriz" sənədli filmində danışıb: 

 

"Futbol məni ayaüstə qalmağıma, fikrimi başqa şeylərdən yayındırmağa kömək etdi. Turnirin finalında komandamız 11-2 hesabı ilə qalib gəldi. Beş qol vurdum və altı məhsuldar ötürmə etdim. Və kubok olaraq bizə 16 kiloqramlıq donuz verdilər".

 

Qeyd edək ki, Ronaldinyo 2020-ci ildə Paraqvayda saxta sənədlərlə ölkəyə girməyə cəhd etdiyinə görə həbs olunub. Ronaldinyo 32 gün ciddi rejimli "Agrupacion Especializada" həbsxanasında keçirib. Daha sonra ona ev dustaqlığına köçürülüb və daha dörd ay oteldə nəzarət altında qalıb. İş sonda ləğv edilib, lakin hadisə brazliyalının nüfuzuna ciddi zərbə vurub.