"Əl-Sədd"in baş məşqçisi Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsinə qayıtmaq üçün maaşının azaldılmasına hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

 

61 yaşlı məşqçi əvvəllər "Azzurri"yə rəhbərlik etmək istəyir. Mançini hazırkı maaşından xeyli aşağı, ildə 2 milyon avro məvacibə millidə işləməyə hazırdır. 

 

Ondan başqa Massimiliano Alleqri və Antonio Konte də İtaliya millisinin baş məşqçisi postuna namizədlər arasındadır. Millini kimin çalışdıracağı sualına İtaliya Futbol Federasiyasına iyunda keçiriləcək seçkilərindən sonra aydınlıq gələcək. 

 

Qeyd edək ki, İtaliya millisinin baş məşqçisi Gennaro Qattuzo rəsmi olaraq istefa verib. Ondan əvvəl isə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina postundan gedib. Millinin texniki direktoru Canluici Buffon da istefa verənlər arasındadır.