İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres koronavirusdan sağalıb. Sport24.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

73 yaşlı futbol funksionerinin sonuncu COVİD-19 testinin nəticəsi mənfi olub.

Xatırladaq ki, Florentino Peresin koronavirusa yoluxduğu fevralın 2-də açıqlanmışdı.