"Real" müdafiəçiləri David Alaba və Antonio Rüdiger ilə yollarını ayıra bilər. Sport24.az "AS"a istinadən xəbər verir ki, avstriyalı oyunçuya Yaxın Şərq klublarından təkliflər var.

 

Alabanın maaşının daha yüksək olması ilə bağlı Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar apardığı bildirilir. Onun həmçinin "Kral klubu"ndan da yeni təklif gözlədiyi vurğulanır. 

 

Mənbənin sözlərinə görə isə, "Real" Alaba və Rüdigerə tez-tez zədələndiklərinə görə yeni müqavilə təklif etmək fikrində deyil. Hər iki oyunçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.