"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem Madrid klubuna keçidini xatırlayıb. Sport24.az AS-a istinadən xəbər verir ki, ötən yay "Mançester Siti" də 21 yaşlı futbolçu ilə maraqlansa da, o "kral klubu"nu seçib. Bellinqem özü bu haqda danışıb. O, madridlilərin təklifini dərhal qəbul etdiyini deyib: 

 

"Borussiya"da oynayanda bir çox klublarla danışdım, ailəmlə məsləhətləşdim. Çünki seçim etmək çətin idi. Ancaq "Real"dan mənə zəng gələndə iki dəfə düşünmədim. Elə ona görə də mən buradayam".

 

Xatırladaq ki, Bellinqhem bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 20 qol vurub və 10 qolun ötürməsini verib.