Türkiyəli mütəxəssis Fatih Terimin "Panatinaikos"dakı taleyinə aydınlıq gəlib. Sport24.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Afina təmsilçisi mövsümün sonunda baş məşqçisi ilə vidalaşacaq.

 

Klub rəhbərliyi "Aris"ə qarşı görüşdən sonra belə qərar verib. Terimin "Panatinaikos"da qalmaq ehtimalı çox aşağıdır. O, Afina klubunu çıxardığı 25 matçda 14 qələbə, 6 heç-heçə və 5 məğlubiyyətə şahid olub.

 

Qeyd edək ki, "Panatinaikos" "Aris"ə 0:1 hesabı ilə uduzub. 3-cü pillədə qərarlaşan Afina klubu liderdən 4 xal geri qalır.