La Liqanın 33-cü turunda "Valensiya" ilə matç "Barselona"nın futbolçusu Robert Levandovski üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, o, görüşdə het-trik edib. 35 yaş 253 günlüyündə olan hücumçu Kataloniya klubunun tarixində bir oyunda 3 dəfə fərqlənən ən yaşlı futbolçu adını qazanıb. 

 

Bunadək rekord Ladislav Kubala (33 yaş 267 gün) məxsus idi.  

 

Hazırda bu göstəricidə 3-cü yerdə Pyer-Emerik Obameyanq (32 yaş 247 gün), 4-cü pillədə isə Lionel Messidir (32 yaş 244 gün).

 

Qeyd edək ki, ötən gecə "Barselona" "Valensiya"ya 4:2 hesabı ilə qalib gəlib.