21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Sport24.az xəbər verir ki, U-21 iyun ayının 7-də səfərdə slovakiyalı yaşıdları ilə qarşılaşacaq.

Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.