Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb. Sport24.az  xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

 

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 64-cüdür. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 1 addım irəliləyiblər.

 

"Neftçi" 27 xalla 243-cüdür. Bakılılar 3 addım geriləyib. "Sabah" 20 xalla 264-cü pillədədir. Paytaxt təmsilçisi 2 pillə geriləyib. 5 xalla 369-cu yerdə olan "Qəbələ" 7 pillə aşağı düşüb.

 

Qeyd edək ki, siyahıya 2561 xala malik "Real" başçılıq edir.