İspaniyanın “Real” klubu ciddi itkiylə üzləşib. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb.

Benzema La Liqanın 16-cı turunda “Real Sosyedad”la keçirilən səfər matçında (2:0) zədələnib.

Fransalı futbolçu zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə (İtaliya) keçiriləcək matçı buraxa bilər.

Dekabrın 7-də keçiriləcək “Real” – “İnter” matçı saat 00:00-da başlayacaq.