"Fənərbağça" Dortmund "Borussiya"sının futbolçusu Seru Girassini transfer etmək istəyir. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi hücumçuya rəsmi təklif göndərib.
Bu barədə "Bild" nəşri məlumat yayıb. Girassi karyerasını İngiltərədə davam etdirmək arzusundadır və bu səbəbdən "Fənərbağça"ya "yox" deyib.
Girassi ötən mövsüm Bundesliqada 33 oyunda 17 qol vurub.