"Qəbələ"dən ayrılan Seydina Keyta karyerasını Latviyada davam etdirəcək. Sport24.az xəbər verir ki, müdafiəçi "Paneveys"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Keyta ötən mövsümdən "Qəbələ"də çıxış edirdi. "Qırmızı-qaralar" əvvəlcə oyunçunun anlaşmasını uzatsa da, daha sonra Keyta öz istəyi ilə komandanı tərk etmişdi.
Seneqallı futbolçu daha əvvəl 2022-2024-cü illərdə "Paneveys"də çıxış edib.