Seneqal millisinin üzvü Sadio Mane yığma karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə "L"Equipe" nəşri məlumat yayıb.
Ulduz futbolçu qərarı ilə bağlı bunları söyləyib:
"Xahiş edirəm bilin ki, bu bayraq üçün hər şeyimi qurban verdim. Əlimdən gələni etdim və həmişə ölkəmiz üçün əzmlə mübarizə apardım. Sizin daimi dəstəyiniz uğurumun əsas hərəkətverici qüvvəsi olub.
"Gələcəkdə istər texniki heyətdə, istər məşqçi skamyasında, istərsə də idarəetmədə təcrübəmdən məmnuniyyətlə millətim üçün istifadə edəcəyəm".
Qeyd edək ki, 34 yaşlı Mane 2012-ci ildə Seneqal yığmasında debüt edib. O, millinin heyətində 130 oyun keçirib və 54 qol vurub.
Mane yığma ilə 2021-ci il Afrika Millətlər Kubokunun qalibi olub. O, həmçinin iki dünya çempionatında (2018 və 2026) iştirak edib, zədə səbəbindən Qətərdə keçirilən DÇ-2022-ni isə buraxıb.