Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə karyerasını ölkə xaricində davam etdirə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçi Portuqaliya yüksək liqa təmsilçilərindən birinin maraq dairəsinə düşüb və təklif də alıb.

Mənbənin bildirdiyinə əsasən, Abdullazadənin "Sumqayıt"la müqaviləsində xüsusi transfer bəndi mövcuddur. Belə ki, istənilən klub 100 min dollar təzminat ödəyəcəyi təqdirdə futbolçunun keçidini rəsmiləşdirə bilər.

Hazırda Portuqaliya klubunun bu bənddən istifadə edib-etməyəcəyi ilə bağlı yekun qərar verilməyib.

Qeyd edək ki, Səbuhi Abdullazadə "Sumqayıt"ın yetirməsidir.