Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" daha bir futbolçu ilə ortaq məxrəcə gəlib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xəbər verir ki, braziliyalı qapıçı Artur Auqusto Da Silva Naxçıvan təmsilçisi ilə bir illik müqaviləyə qol çəkib.

 

Qolkiper karyerası ərzində Braziliyanın "Desportivo Braziliya", Portuqaliyanın "Oliveyrense" və "Feyrense" klublarının qapısını qoruyub. Artur Auqusto Da Silva ölkəmizə gəlməmişdən əvvəl İndoneziyanın "Semen Padanq" komandasında çıxış edib.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.