"Barselona" yay "transfer pəncərəsi"ndə Ferran Torreslə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, hücumçu bir neçə aparıcı klubdan təklif alıb və hazırda onun Kataloniya klubundakı gələcəyi müəyyənləşir.
Torresin "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Daha əvvəl bildirilirdi ki, katalonlar yeni müqavilə ilə bağlı danışıqları intensivləşdirməyə can atır və müqaviləni üç-dörd mövsüm uzatmağa ümid edirlər.
Qeyd edək ki, Ferran 2025/26 mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 49 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.