"Reyncers"in sabiq baş məşqçisi Barri Ferqyuson klub rəhbərliyinə Vaclav Çerninin transferi ilə bağlı çağırış edib. Sport24.az "Daily Record"a istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis "Beşiktaş"ın heyətində çıxış edən çexiyalı vingeri transferə çıxarılacağı təqdirdə, "Reyncers"in bu imkandan yararlanmalı olduğunu bildirib.
Ferqyusonun fikrincə, Çerni ötən mövsüm göstərdiyi uğurlu performansı yenidən təkrarlaya və komandaya ciddi fayda verə bilər.
Qeyd edək ki, Vaclav Çerni 2025/26 mövsümündə icarə əsasında "Reyncers"də çıxış etmiş və uğurlu oyunu ilə azarkeşlərin rəğbətini qazanmışdı.