"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, cinah oyunçusu Avropa Liqasında "Vestri" ilə matçdan (3:0) sonra bunları yazıb:
"Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Sizi çox sevirəm".
Elvin ötən mövsümün sonlarında baş məşqçi Qurban Qurbanovun qərarı ilə əsas komandadan kənarlaşdırılmışdı. Azərbaycan millisinin də üzvü olan cinah müdafiəçisi daha sonra bağışlanıb və "atlılar"ın yay toplanışında iştirak edib. Elvin dünən "Vestri" ilə matçda ikinci hissədə meydana daxil olub.