"Mançester Siti" heyətini yeni qapıçı ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Şeffild Uensdey"in qapıçısı Pirs Çarlzı transfer etdiyini açıqlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Transferin dəyəri bonuslarla birlikdə 3 milyon funt sterlinq təşkil edir. Şimali İrlandiya millisinin 20 yaşlı qapıçısı ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Pirs Çarlz daha əvvəl "Mançester Siti" akademiyasında çıxış edib. Gənc qolkiper 2026/27 mövsümünü icarə əsasında Çempionşip təmsilçisi KPR-də (Queens Park Rangers) keçirəcək.