Gürcüstan millisi AVRO-2024-ün seçmə mərhələsində son oyunda İspaniyaya səfərdə 1:3 hesabıyla məğlub olub. Sport24.az xəbər verir ki, millinin Premyer Liqamızdakı təmsilçiləri - qapıçı Luka Quqeşaşvili ("Qarabağ") və hücumçu David Volkov ("Sabah") bu görüşdə ehtiyatda qalıb.
Hər iki oyunçu bundan əvvəl Şotlandiya ilə matçda (2:2) da şans qazanmamışdı.
Onu da bildirək ki, Gürcüstan A qrupunu 8 xalla 4-cü sırada bitirib.