"Barselona"nın yarımmüdafiəçisi Qavi futbol meydançasındakı çıxışı ilə bağlı insanların fikirləri haqda danışıb. Sport24.az xəbər verir ki, o, jurnalistin insanların keyfiyyətlərinizdən çox aqressivliyinizdən danışması sizi narahat etmir? – sualına belə cavab verib:
"Bu doğrudur. Çoxları düşünür ki, mən futbol oynaya bilmirəm. Onlar futboldan heç nə başa düşmürlər".
"Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsində növbəti oyununu aprelin 9-da evdə Dortmund "Borussiya"sına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.