"Real" fransalı hücumçusu Kilian Mbappe Çempionlar Liqasının ¼ final mərhələsinin "Arsenal"la cavab matçında (1:2) nə qol vurub, nə də məhsuldar ötürmə edib ki, bu da ulduz forvardın bütün yarışlarda ardıcıl 5-ci oyunda fərqlənməməsi deməkdir. Sport24.az "Opta Jean"a istinadən xəbər verir ki, bu hücumçunun 2018-ci ilin aprelindən bəri ən pis seriyasıdır. Həmin dönəmdə də Mbappe beş matçda heç nə ilə yadda qalmamışdı.
"Arsenal"la iki oyundan (1:2, 0:3) başqa, Kilian İspaniya kubokunun yarımfinalının "Real Sosyedad"la cavab oyununda (4:4) və La Liqanın iki matçında - "Valensiya" (1:2) və "Alaves" (1:0) ilə görüşdə də qol vura bilməyib.
Qeyd edək ki, La Liqanın 32-ci turunda Madrid təmsilçisi Bilbao "Atletik"i ilə qarşılaşacaq. Mbappe "topçular"la matçda aldığı zədə səbəbindən bu qarşılaşmanı buraxa bilər.