Tanınmış alman mütəxəssis Yurgen Klopp məşqçi kimi fəaliyyətini bərpa edə bilər. Sport24.az UOL-a istinadən xə verir ki, Braziliya millisi və "Real" onun xidmətində maraqlıdır.
Mənbənin sözlərinə görə, Klopp "Red Bull"da Qlobal Performans Rəhbəri rolunda özünü getdikcə tükənmiş hiss edir. O, məşqçilik fəaliyyətini bərpa etmək variantlarını nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, Klopp 2015-2024-cü illərdə "Liverpul"da çalışıb. 2025-ci ilin yanvarın 1-dən isə "Red Bull"da Qlobal Performans Rəhbəri vəzifəsini icra edir. Onun dönəmində "Liverpul"la Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.