"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, 46 yaşlı rumıniyalı mütəxəssis "ACF Agency" şirkəti ilə anlaşıb.

Bu barədə qurumun sosial şəbəkə hesabında bildirilib. Şirkət Mutuya komanda tapmaq üçün məsuliyyət daşıyacaq.

Qeyd edək ki, futbolçu karyerasında bir sıra məşhur klublarında formasını geyinən Adrian Mutunun baş məşqçi karyerası elə də uğurlu deyil. İndiyədək səkkiz müxtəlif komandada işləyən çalışdırıcı ən çox 1 il 5 ay postunda qala bilib. Mutu 2023-cü ildə "Neftçi"də cəmi beş ay - iyuldan dekabradək postunda qala bilib.