UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, Lautaro Martines ("İnter", İtaliya), Seru Qirassi ("Borussiya Dortmund", Almaniya), Usman Dembele (PSJ, Fransa) və Deklan Rays ("Arsenal", İngiltərə) həftənin ən yaxşısı olmağa namizəddir.

 

Martines "Bavariya" ilə matçda komandasının ilk qolunu vurub (2:2), Qirassi "Barselona" ilə qarşılaşmada het-trik edib, (3:1), Dembele "Aston Villa" ilə oyunda (2:3) məhsuldar ötürmə ilə yadda qalıb, Rays isə "Real" ilə görüşdə (2:1) yüksək performans nümayiş etdirib.

 

Qeyd edək ki, həftənin ən yaxşısını azarkeşlər UEFA-nın saytında səsvermə yolu ilə seçir