Azərbaycan boksçusu Fərid Sadıqov (60 kq) diskvalifikasiya olunub. Sport24.az xəbər verir ki, ölkə çempionatının bürünc mükafatçısının orqanizmində qadağan olunmuş maddə aşkarlanıb.

 

İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. Boksçu qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə də cəzalandırlıb. Onun orqanizmində "S4. Hormone and Metabolic Modulators/meldonium" aşkarlanıb.

 

Sadıqov bu səbəbdən də 48 aylıq diskvalifikasiya olunub. Onun cəza müddəti 2024-cü ilin yanvarının 1-dən hesablanmağa başlanılıb.