"Real"ın hücumçusu Vinisius Junior bütün turnirlər nəzərə alınmaqla "Kral klubu"nda 105-ci qolunu vurub. Sport24.az "Opta Jose"yə istinadən xəbər verir ki, bununla da o, madridlilərin heyətində ən çox qol vuran brazliyalı olub.
Bundan əvvəl isə rekord aktivində 104 qol olan Ronaldoya məxsus idi.
Qeyd edək ki, Vinisius bu mövsüm "Real"ın heyətində ümumilikdə 45 oyun keçirib, 20 qol vurub və 14 məhsuldar ötürmə edib.