Bu gün Azərbaycan 1-ci liqasında 22-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, son - 2-ci oyun günündə 2 matç keçirilib.

 

Əvvəlcə "Karvan" MOİK-in qonağı olub. Matç 1:1 hesablı heç-heçə ilə bitib. 

 

Günün maraqla gözlənilən qarşılaşması isə İmişlidə oynanılıb. Burada "İmişli" "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa şatıb. 

 

Beləliklə, bu, "Qəbələ"nin bu mövsüm turnirdə ilk məğlubiyyəti olub. 

 

Qeyd edək ki, "Qəbələ" artıq ən az 3-cülüyü və növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.

 

18 aprel (cümə) 

 

16:00. MOİK – "Karvan" - 1:1
Qollar: İ. Əliyev, 28 - E. Morgan, 83

Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov

Binə qəsəbə stadionu

 

16:30. "İmişli" – "Qəbələ" - 1:0
Qol: E. Rəhimzadə, 7 - pen.

Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev

Heydər Əliyev adına İmişli şəhər stadionu