Bu gün I Liqada 22-ci tur start götürəcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

 

   

 

"Mingəçevir" "Cəbrayıl"ın,  "Qaradağ Lökbatan" isə "Bakı Sportinq"in qonağı olacaq. "Difai" Şamaxı Olimpiya idman Kompleksinin meydanında "Zaqatala" ilə üz-üzə gələcək. 

 

Qeyd edək ki, 22-ci oyun həftəsinin digər iki matçı sabah keçiriləcək.

 

17 aprel (cümə axşamı)

13:00. "Cəbrayıl" – "Mingəçevir"

Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə

"ASCO Arena"

16:00. "Bakı Sportinq" – "Qaradağ Lökbatan"

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Binə qəsəbə stadionu

16:30. "Difai" – "Zaqatala"

Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu