Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra yarımfinala yüksələcək komandaların adları müəyyəınləşəcək. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Lion"u qəbul edəcək, "Tottenhem" isə səfərdə "Ayntraxt"ın müqavimətini qırmağa çalışacaq. 

 

"Latsio" azarkeşləri qarşısında "Budyo Qlimt"lə üz-üzə gələcəksə, "Reyncers" İspaniyada "Atletik"lə qarşılaşacaq.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

 

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab görüşləri

17 aprel

23:00. "Atletik" (İspaniya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:0.

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Lion" (Fransa)

İlk oyun - 2:2.

23:00. "Ayntraxt" (Almaniya) - "Tottenhem" (İngiltərə)

İlk oyun - 1:1.

23:00. "Latsio" (İtaliya) - "Budyo Qlimt" (Norveç)

İlk oyun - 0:2.