Növbəti mövsümdə “Real”ı çalışdıracaq baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, “Kral Klubu”nun rəhbərliyi artıq “Bayer”in baş məşqçisi Xabi Alonso ilə razılıq əldə edib.
Bu təyinat Madrid hazırkı çalışdırıcısı Karlo Ançelottinin növnəti ilin iyulunda Braziliya millisinə baş məşqçi təyin olunmasından sonra reallaşacaq.
Alonso 2022-ci ildən Leverkuzen klubunu çalışdırır. Rəhbərlik 3 illik müqaviləsi olan 42 yaşlı ispaniyalı mütəxəssiin "Real"a gedişinə indidən razılıq verib.
Xatırladaq ki, “Bayer” Avropa Liqasında “Molde” və “Hekken”lə bərabər “Qarabağ”ın rəqiblərindən biridi.