"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo karyerasını Meksikada davam etdirəcək. Sport24.az xəbər verir ki, "Pumas" 29 yaşlı hücumçunun transferini açıqlayıb.

 

Braziliyalı forvard ötən gün yeni komandası ilə rəsmi müqaviləyə imza atıb. 

 

Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"ın formasını geyinən Juninyo bu ilin əvvəlində Braziliya "Flamenqo"suna transfer olunmuşdu.