Misli Premyer Liqasının XVI turunun üçüncü oyun gününə Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Şamaxı" ilə üz-üzə gələcək.

 

Naxçıvan təmsilçisi bu görüşdən qalib ayrılsa belə turnir cədvəlində mövqeyini dəyişməyəcək. Əvvəlki tək 6-cı yerdə qalacaq. Ancaq liderlər qrupundan uzaq düşməyəcək. Qonaqlar Mərdəkandan 3 xalla qayıdacağı halda isə Elmar Baxşıyevin komandası ilə eyni - 23 xala malik olacaq.

 

Qeyd edək ki, hesabat turu sahab keçiriləcək "Sumqayıt" - "Sabah" görüşü ilə yekunlaşacaq.

 

Misli Premyer Liqası

II dövrə, XVI tur

17:30. "Araz-Naxçıvan" - "Şamaxı"  

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
Mərdəkan. "Liv Bona Dea Arena".