Misli Premyer Liqasında XVI turun oyunları davam edir. Sport24.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Qarabağ"ı qonaq edəcək. Turnir cədvəlinin fərqli qütblərində qərarlaşan komandaların görüşündə heç şübhəsiz ki, favorit qonaqlardır. Həftəiçi 1-ci turdan təxirə salınmış matçda "Sabah"a məğlub olan və bununla da liderlik kürsüsünü "bayquşlar"a verən ağdamlılar ilin son matçında azarkeşlərini qələbə ilə sevindirmək istəyir. "Qırmızı-qaralar" isə bu görüşdən 1 xalla ayrılsa, bunu Kaxaber Tsxadadzenin yetirmələrinin uğuru kimi dəyərləndirmək olar.
Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XVI tur
15:00. "Qəbələ" - "Qarabağ"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ. Şəhər stadionu.