"Santos"un hücumçusu Neymar milli komandanın əsas məqsədlərini açıqlayan cəsarətli bir açıqlama verdi. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Dünya Kubokunu Braziliyaya gətirmək üçün mümkün olan hər şeyi, hətta qeyri-mümkün olanı belə edəcəyik. İyul ayında bu sözlərə görə məni məsuliyyətə cəlb edə bilərsiniz. Hey, Ançelotti, bizə kömək et!".
Qeyd edək ki, Neymar bu mövsüm "Santos"un heyətində bütün turnirlərdə 28 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.