"Vulverhempton" İngiltərə Premyer Liqasında mövsümün 17 turundan sonra cəmi 2 xal toplayıb ki, bu da İngiltərədə peşəkar futbol tarixində mövsümün bu mərhələsi üçün ən pis nəticənin təkrarıdır. Sport24.az xəbər verir ki, eyni göstərici 1970/71 mövsümündə 4-cü divizionda çıxış edən "Nyupor"un, eləcə də 2020/21 mövsümündə "Şeffild"in aktivində olub.
Qeyd edək ki, bu gün "Vuıverhempton" İngiltərə çempionatının 17-ci turunda öz meydanında "Brentford"a 0:2 hesabı ilə məğlub olub.