"Barselona"nın baş məşqçisi FİFA-nın ən yaxşı oyunçulardan ibarət komanda tərkibini tənqid edib. Sport24.az xəbər verir ki, katalonların baş məşqçisi Hans-Diter Flik braziliyalı vinger Rafinyanın FİFA-nın 2025-ci il üzrə rəmzi komandasına düşməməsinə sərt reaksiya verib.

 

Mətbuat konfransında danışan almaniyalı mütəxəssis bu qərarı qəbulolunmaz adlandırıb:

 

"FİFA-nın ən yaxşı oyunçulardan ibarət komandası sadəcə gülüncdür. Rafinya Çempionlar Liqasının bombardiri olub. Onun siyahıda olmamasına inana bilmirəm. O mövsümdən sonra Rafinya orada olmağa 100 faiz layiq idi".

 

Qeyd edək ki, "Barselona" İspaniya çempionatının növbəti turunda səfərdə "Vilyarreal"la qarşılaşacaq.