FİFA Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna yeni oyunçuların qeydiyyatını qadağan edib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Mediada yayılan məlumatlara görə, qadağa klubun 2023-cü ildə müdafiəçi Aymerik Laportenin transferi üçün "Mançester Siti"yə olan borcunun ödənilməməsi ilə bağlıdır.
Kriştiano Ronaldonun da formasını geyindiyi klub 9 milyon avronu ödədikdən sonra qadağa aradan qaldırılacaq.
Qeyd edək ki, Laporte 2023-cü ildən 2025-ci ilə qədər "Əl-Nəsr"də oynayıb. 31 yaşlı futbolçu payızda Bilbao "Atletik"inə keçib.