Karlo Ançelottinin oğlu David Ançelotti  "Real"ın baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, David Ançelottinin "Botafoqo"dan ayrılması "Real"da Xabi Alonsonun istefaya göndərilməsi ilə əlaqələndirilə bilər.

 

Ançelotti  dekabrın 18-də"Botafoqo" ilə vidalaşıb. 

 

Qeyd edək ki, Karlo Ançelotti "Real"ın baş məşqçisi olub. O, 2025-ci ilin yayından Braziliya millisinin "sükanı arxasına" keçib.