"İlk dəqiqələrdən oyunumuz alınmadı". Bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
Təcrübəli futbolçu "Karvan-Yevlax"a səfərdə qalib gəldikləri Misli Premyer Liqasının XVI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Meydana uyğunlaşmaq vaxt apardı. Rəqib də bizi yaxşı analiz etmişdi. Boşluqlardan istifadə etməyə qoymurdular. Amma ikinci hissədə çoxlu qol epizodlarl yaratdıq. "Sumqayıt"la qarşılaşmada da yaratdığımız fürsətləri dəyərləndirə bilməmişdik. Bu matçda da dayanmadan işlədik və yekunda qol vura bildik"
Mahmudov "ağ-qaralar"ın yeni baş məşqçisi Yuri Vernidub haqqında da danışıb:
"Onun tələblərini yerinə yetirmək istəyirik. Daha aqressiv və kompakt oynamaq niyyətindəyik. Bəzən alınır, hərdən isə yox. Qışdan sonra daha yaxşı oyun göstərəcəyimizə inanıram. Əsas hamımızın, komandanın futbolçuların inanmasıdır. Hamımız birlikdə mübarizə aparmalıyıq".
Qeyd edək ki, ötən gün keçirilən "Karvan-Yevlax" - "Neftçi" görüşü qonaqların qələbəsi ilə yekunlaşıb - 1:2.