Ötən gün "Mançester Siti" Premyer Liqanın 17-ci turunda "Vest Hem"i məğlub edib. Sport24.az xəbər verir ki, matç "şəhərlilər"in 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Qalib komandanın heyətində Erlinq Haland dublla yadda qalıb. Artıq norveçli forvardın aktivində Premyer Liqada 104 qol var. Bununla da Erlinq qol sayında "Mançester Yunayted"in sabiq forvardı Kriştiano Ronaldonu geridə qoyub.