"Roma" qış transfer pəncərəsində ukraynalı hücumçu Artem Dovbiklə yollarını ayırmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "canavarlar"ın baş məşqçi Can Pyero Qasperini ukraynalıya güvənmir. Bu səbəndən "Roma" rəsmiləri Dovbiki "Sanderlend", "Vest Hem" və "Everton" kimi komandalara təklif edib.

 

Qeyd edək ki, Dovbik bu mövsüm 14 oyunda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 25 milyon avro dəyərində qiymətləndirir. "Roma" təkcə daimi transferi deyil, həm də almaq hüququ olan icarəni nəzərdən keçirir.