17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq. Sport24.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-sı və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

 

Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında, Bakı vaxtı ilə saat 13:00-da başlaması planlaşdırılır.

 

 

Azərbaycanın U-17 millisinin heyətini nəzərinizə çatdırırıq:

 

N    Ad/Soyad    Klub
1.    İradə Əsədli    Şəfa
2.    Süməyyə Əhməd    Ulduz
3.    Aysu Əsədova    Sabah
4.    Ayan Abdiyeva    Liman
5.    Xədicə Rəhimova    Neftçi
6.    Zəhra İsmayilova    Şəfa
7.    Aylin Azadova    Sabah
8.    Məryəm Nuruzadə    Ulduz
9.    Nuray Əzizova    Təhsil 8 İOEUGİM
10.    Aylin Əliyeva    Ulduz
11.    Məryəm Səmədli    Sabah
12.    Suel Polikarpova    Neftçi
13.    Sara Səlimova    Neftçi
14.    Fatimə Kərimli    Sabah
15.    Dəniz Mikayıllı    Şəfa
16.    Sara Qaribova    Təhsil 8 İOEUGİM
17.    Şəhanə Mirzəliyeva    Liman
18.    Zəhra Abdullayeva    Ulduz